AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Digər səhifələr

Fələstin səfirinin görüş və mühazirələri

Səfir Nasser Abdel Kareem 29 noyabr fələstin xalqı ilə beynəlxalq həmrəylik günündə Qərb universitetində mühazirə söyləyir. 

Fələstin səfiri Bakı Dövlət Universitetində fələstin probleminin qısa tarixi və hazırki vəziyyətə dair mühazirə ilə çıxış edir və auditoriyadakı suallara cavab verir.

Bakıdakı Britaniya məktəbinin orta sinif şagirdləri üçün Fələstin xalqı ilə dünya həmrəyliyi günü münasibətilə Fələstin tarixi haqqında qısa xülasə.

Səfir Bakı Dövlət Universitetində Dialoq və Əməkdaşlıq üzrə konfransın Gənclər Forumunun tərkibində xülasə olaraq fələstin problemi və buna əlavə olaraq fələstin diplomatiyasının prioritetlərinin aydın şəkildə izahı və onun üzləşdiyi çətinliklər barədə tarixi bir mühazirə söyləmişdir.

Azərbaycandakı Gənc Tərcüməçilər Assosiasiyanda Fələstin səfiri ilə görüş. Səfir fələstin probleminin tarixindən, Fələstin Dövlətinin üzləşdiyi hazırki çağırışların mahiyyətindən, Qüds şəhərinin Fələstinin digər ətraf rayonlarından ayrılmasından, Fələstin ərazilərinin müsadirə edilməsindən və işğal edilmiş fələstin torpaqlarında qeyri-qanuni olan məskənlərin salınmasından, eyni zamanda fələstinlilərin öz təbii resurslarından istifadə edə bilməməsindən qısa şəkildə danışmışdır. Habelə o fələstin diplomatiyasının nailiyyətlərinə və paytaxtı Qüdsi Şərif olmaqla müstəqil Fələstin Dövlətinin yaradılmasına söykənən ədalətli sülhə nail olmaq uğrunda onun üzləşdiyi çətinliklərə toxunmuşdur. Səfirə iştirakçılar tərəfindən çoxlu sayda suallar ünvanlanmışdır.

Fələstin səfiri Azərbaycan Respublikası tabeçiliyində olan Naxçıvan Muxtar Respublikasına səfər etmişdir və Muxtar Respublikanın Ali Məclisinin sədri Cənab/ Vasif Talıbovla gorüşmüşdür. Görüş zamanı ikitərəfli əlaqələr və xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Səfir Naxçıvan Dövlət Universitetini ziyarət etmiş və universitetin rektoru Saleh Məhərrəmov və universitet idarə heyətinin üzləri ilə görüşmüşdür. Daha sonra səfir 5000 tələbəsi olan, o cümlədən 12 əcnəbi dövlətdən tələbələri olan universitetin müxtəlif bölmələrini gəzmişdir. Daha sonra cənab səfir Muxtar Respublikada bəzi tarixi yerlər və sənaye müəsssisələrinə baş çəkmişdir. 

Səfir Azərbaycanın Gəncə şəhərinə səfər etmişdir. Belə ki, o icra başçısı Cənab / Elmar Vəliyevlə görüşmüş və bu görüşdə hər iki ölkə və xalqlar arasındakı dərin qardaşlıq əlaqələrinin mövcudluğu vurğulanmışdır. Görüşdə bu əlaqələrin ticarət əməkdaşlığı və təcrübə mübadiləsi vasitəsilə inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Səfir Azərbaycandakı sürətli inkişafın getdiyini qeyd etmişdir. Səfir eyni zamanda şəhərə səfərə gəlmiş Azərbaycan Gənclər və İdman naziri ilə də görüşmüşdür. Daha sonra səfir şəhərdəki bir neçə obyektlərə baş çəkmişdir.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cənab / Nasser Abdel Kareem Bakı Jurnalistika məktəbində görkəmli ərəbşünas və siyasi analitik Zərdüşt Əlizadə ilə görüş keçirmişdir. Qısa görüş əsnasında cənab səfir hal-hazırda Fələstindəki vəziyyətə və sülh prosesinin sonuncu mərhələsinə toxunmuşdur. Zərdüşt Əlizadə isə öz növbəsində bəzi ərəb ədiblərinin əsərlərinin tərcüməsi barədə olan fəaliyyətindən söz açmış, daha sonra isə müxtəlif mövzular barədə iki tərəf arasında fikir mübadiləsi aparılmışdır. Daha sonra səfir Jurnalistika məktəbinin tələbələri qarşısında mühazirə söyləmək üçün mühazirə zalına keçmişdir. Mühazirə qədim və müasir Fələstin probleminin tarixinə qısa nəzər və israil-fələstin münaqişəsindən ibarət olmuşdur. Mühazirənin sonunda tələbələr Fələstin tarixi haqda onları maraqlandıran suallar vermiş və cənab səfir bu sualları cavablandırmışdır. Daha sonra isə cənab səfir faktxeber.com xəbər portalının jurnalistinə intervyu vermişdir. 

Fələstin səfiri Xəzər universitetinə səfər etmişdir, belə ki o Beynəlxalq Əlaqələr kafedrasının müdir müavini Cənab / Fərda Əsədov, Siyasi Elmlər və Beynəlxalq Əlaqələr fakültəsinin rəhbəri Cənab / Muxtar Hacızadə və fakültənin koordinatoru Cənab / Baba Bayramovla görüşmüşdür. Daha sonra səfir “Fələstin problemi tarixinə qısa nəzər və Orta Şərqdə sülh prosesinin üzləşdiyi çətinliklər” başlıqlı mühazirə söyləmişdir. 
Azərbaycan Xarici Dillər universiteti Bakıdakı ərəb dövlətlərinin səfirlərinin iştirakı ilə Ərəb dili və mədəniyyəti günü keçirmişdir, belə ki universitetin rektoru Cənab / Səməd Seyidov ərəb səfirlərini və diplomatik korpusunun rəhbərlərini qarşılamış və böyük sayda qonaqların təşrif buyurduğu tədbirin başlanğıcında tədbir iştirakçıları qarşısında çıxış etmişdir. Daha sonra Fələstin səfiri ərəb səfirlərinin əvəzinə çıxış etmiş və bundan sonra fələstinli, azərbaycanlı və iraqlı tələbələr müxtəlif rəqs nümunələri ilə çıxış etmişlər və nümunələr tədbir iştirakçılarının çox xoşuna gəlmişdir. Bu nümunələrdən sonra universitetin rektoru səfirlərin müşayiəti ilə iştirakçı ərəb dövlətlərinin sərgi stollarını bir-bir gəzmiş və orada nümayiş etdirilən təbliğat materialları və yeməklərlə tanış olmuşdur.
Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cənab / Nasser Abdel Kareem 19.12.2013-cü il tarixində Qərb universitetinə səfər etmişdir. Onun səfəri ilə əlaqədar olaraq universitet rəhbərliyi BMT-nın İctimai İnformasiya şöbəsi ilə birlikdə sərgi və mühazirə təşkil etmişdir. Cənab səfir universitetin fəxri professoru, politoloq Fikrət Sadıxov, “Siyasi elmlər” fakültəsinin dekanı p.e.n.,dos.E.Əhmədova, “Xarici əlaqələr” şöbəsinin müdiri, s.e.d.,dos. V.Hacıyeva ilə görüşmüşdür. Səfir Fikrət Sadıqovla qısa söhbət etdikdən sonra “Fələstin probleminin qısa tarixi və İsraillə sülhün perspektivləri” başlığı altında mühazirə söyləmək üçün mühazirə zalına keçmişdir. Həmçinin səfir BMT-nın İctimai İnformasiya şöbəsinin universitetdə təşkil etdiyi sərgi ilə də tanış olmuşdur. Daha sonra səfir universitetin professor-müəllim heyəti və tələbələri qarşısında mühazirə ilə çıxış etmiş, sonda tələbələr tərəfindən ona verilən sualları cavablandırmışdır. 
Fələstinin Azərbaycandakı səfiri 04.02.2014-cü il tarixdə Ümumrespublika üzrə ilk və ən böyük gənclər təşkilatı olan “İrəli” İctimai birliyində olmuşdur. “İrəli” İctimai Birliyi 2008-ci ildə təsis edilmiş və hal-hazırda onun gənc üzvlərinin sayı 36.000-dən artıqdır. Səfir təşkilatın iqamətgahında Baş katib Azər Abdullayev və Beynəlxalq əlaqələr və beynəlxalq proqramlar üzrə katib Türkan Vüsətqızı ilə görüşmüşdür. Əvvəlcə səfir xoş qonaqpərvərlik və isti qarşılanmaya görə birliyin rəhbərliyinə minnətdarlığını bildirmiş və onlar arasında qısa söhbət olmuşdur. Daha sonra o mühazirə zalına keçərək “Fələstin problemi tarixinə qısa nəzər və İsrail və Fələstin arasında sülhün perspektivləri” başlığı altında tələbələr və birliyin üzvləri üçün mühazirə söyləmişdir. Sonda cənab səfir tələbələr və təşkilatın üzvləri tərəfindən mövzu ilə bağlı ona verilən bütün sualları cavablandırmışdır.
Fələstin səfiri Qafqaz universietini ziyarət etmişdir və burada universitet rektorunun müavini Prof. Dr. Saleh müəllimlə görüşmüşdür. Daha sonra səfir ərəb dili fakültəsinin tələbələri üçün fələstin probleminin tarixi, israil işğalı altında olan fələstin xalqının üzləşdiyi çətinliklər və hazırki vəziyyətlə bağlı sülhün perspektivləri mövzusunda mühazirə söyləmişdir. 
Fələstin səfiri Azərbaycan Dövlət Pedaqoji universitetinə səfər etmiş, universitetin rektoru professor Cənab / Yusif Məmmədovla görüşmüşdür. Görüşdə azərbaycan və fələstin akademik müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Daha sonra səfiri universitetin prorektoru Cənab / Mehdi Abdullayev müşayiət etmiş, onunla birlikdə universitetin sərgi zalında olmuşdur, bundan sonra mühazirə zalına keçərək Cənab səfiri universitetin tarix fakültəsinin tələbə və müəllim heyəti qarşısında salamlamışdır. Bundan sonra cənab səfir fələstin probleminin tarixi, Fələstin dövlətinə qarşı olan israil işğalı səbəbilə fələstin xalqının gündəlik üzləşdiyi çətinliklər və Fələstin və İsrail arasında olan sülh prosesinin mümkün perspektivləri haqda öz mühazirəsini təqdim etmişdir.

Fələstin səfiri Bakı Dövlət Universitetində 2014-cü il Əməkdaşlıq və Dialoq üzrə İslam Konfransı Gəncləri Forumunda fələstin probleminin tarixi, fələstin xalqının israil işğalı nəticəsində üzləşdiyi gündəlik çətinliklər və Netanyahunun rəhbərliyi ilə radikal israil hökumətinin sülh səylərinin önündə yaratdığı maneələrlə bağlı mühazirə təqdim etmişdir. 

Azərbaycan Gənc Diplomatlar Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu ilə birlikdə fələstin səfirini qonaq etmişdir. Səfiri İnstitutun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qarşılamışdır. Sonra səfir jurnalistlərin suallarını cavablandırmış və izah etmişdir ki, Netanyahu hökumətinin maneələr yaratmaqla apardığı radikal siyasət və onun qeyri-ciddiliyi Amerika Birləşmiş Ştatları, Xarici İşlər Naziri Con Kerrinin səylərini uğursuz etmişdir və bu da sülh prosesinin ləngiməsinə gətirib çıxarmışdır. Bundan sonra səfir iclas zalına keçərək iştirakçılara azərbaycan və fələstin qardaşlıq əlaqələrinin tarixindən, Azərbaycanın Fələstin Dövləti və xalqına prinsipial dəstəyindən, həmçinin Fələstinin də hər zaman Azərbaycanın yanında olmasından və hər iki ölkə rəhbərliyini birləşdirən mehriban əlaqələrdən danışmışdır. O ümumiyyətlə diplomatiya işinin bəzi tərəflərinə və fələstin diplomatiyasının xüsusiliyinə toxunmuşdur. Söyləmişdir ki, fələstin diplomatiyasının əsas prioriteti və çoxsaylı vəzifələri Fələstin Dövlətinin müstəqil və suverenliyinə nail olana dək fələstin rəhbərliyinin siyasətini aparmaqdır. Səfir həmçinin Fələstin Dövlətinə qarşı olan israil işğalı nəticəsində fələstin xalqının üzləşdiyi çətinliklərə də toxunmuşdur. 

Fələstin səfiri Avroasiya universitetini ziyarət etmişdir, belə ki o idarə və tədris heyəti üzvləri ilə görüşmüş və onlarla birlikdə universitetlə fələstin universitetləri arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etmişdir. Daha sonra universitet tələbələri və bəzi tədris heyəti üzvləri qarşısında öz mühazirəsini söyləmək üçün mühazirə zalına keçmişdir. Səfir mühazirəsində azərbaycan və fələstin əlaqələrinə, başda Fələstin Dövlətinin müstəqilliyinin reallaşması üçün beynəlxalq qanunvericiliyin qərarlarının icra edilməsinə verilən beynəlxalq töhfənin gücləndirilməsi olmaqla bir çox sahələrdə fələstin diplomatiyasının fəaliyyətlərinə toxunmuşdur. Həmçinin səfir fələstin probleminin qısa tarixinə də toxunmuşdur. Sonda səfir tələbələrin ona ünvanladıqları sualları cavablandırmışdır.

Fələstin səfiri Odlar Yurdu universitetini ziyarət etmişdir, belə ki onu Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru qarşılamış və universitetlə tanış etmişdir. Universitetlə tanış olduqdan sonra səfir mühazirə zalına keçərək tələbələr və tədris heyəti qarşısında “Fələstin probleminin qısa tarixi, İsrail və Fələstin arasında sülh prosesində perspektivlər və Yaxın Şərq regionu və Fələstin – Azərbaycan dostluq əlaqələri” mövzusunda çıxış etmişdir. Mühazirənin sonunda Cənab Səfir tələbələrin çoxsaylı suallarına cavab vermişdir. Görüşdən sonra Səfir tələbələrlə şəkil çəkdirmişdir. Daha sonra Səfirlə Universitetin rektoru / Prof. Əhməd Vəliyev görüşmüşdür. Hər iki tərəf azərbaycan və fələstin təhsil müəssisələri arasında əlaqələrin inkişaf yolları haqda fikir mübadiləsi aparmışdır. Səfir göstərilən xoş qonaqpərvərliyə, Fələstin xalqının probleminə olan marağa görə və universitetdə mühazirə söyləmək üçün verilən fürsətə görə Odlar Yurdu universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Fələstin səfiri Qərb universitetinə səfər etmişdir, belə ki o, universitetin rektoru Xanım / Zenfira Məmmədova, politoloq və universitetin fəxri professoru / Fikrət Sadıqov və Xanım / Sahibə Budaqova ilə görüşmüşdür. Görüş zamanı universitetlə səfirlik arasında əməkdaşlıq müzakirə edilmişdir. Daha sonra səfir professor Fikrət Sadıqov-un müşayiəti ilə mühazirə zalına keçərək universitet tələbələri və iştirakçılar qarşısında “Fələstin dövlətinin tanınması və Orta Şərqdə sülh” başlığı altında mühazirə ilə çıxış etmişdir. Bundan sonra tələbələr səfirə bir çox aidiyyatı mövzulara toxunan suallar ünvanlamışdır.

 
 
__________________________________________________________

MÖVZU ÜZRƏ XƏBƏRLƏR

 

 

 

 

 

oxunub: 319 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks